...

İqtisadiyyat qadınları az cəlb etdikcə hər il trilyonlarla dollar itirilir - Bahar Muradova

İqtisadiyyat Materials 7 May 2024 11:00 (UTC +04:00)
İqtisadiyyat qadınları az cəlb etdikcə hər il trilyonlarla dollar itirilir - Bahar Muradova
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat qadınları az cəlb etdikcə hər il trilyonlarla dollar itirilir.

Trend xəbər verir ki, bunu mayın 7-si Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqunun açılışındakı nitqində deyib.

“İqtisadiyyat qadınları az cəlb etdikcə hər il trilyonlarla dollar itirilir. Qadınların imkanlarının genişləndirilməsi böhran dövründə kritik əhəmiyyətə malikdir. Qadınların bütün proseslərdə iştirak səlahiyyətinin verilməsi ciddi dəstək tələb edir”, - deyə Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2012-ci ildən sonra qadın sahibkarlarının sayı 4 dəfə artıb.

“Qadınların bu sahədəki payı artıq 22 faiz təşkil edir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Xəbər lenti

Xəbər lenti