...

IEA COP29 formatında ilk yüksək səviyyəli dialoqun keçirilməsini səbirsizliklə gözləyir

İqtisadiyyat Materials 7 May 2024 13:05 (UTC +04:00)
IEA COP29 formatında ilk yüksək səviyyəli dialoqun keçirilməsini səbirsizliklə gözləyir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyi (IEA) COP29 formatında ilk yüksək səviyyəli dialoqun keçirilməsini səbirsizliklə gözləyir.

Trend xəbər verir ki, bu barədə IEA-nın icraçı direktoru Fatih Birol "X" platformasında məlumat paylaşıb.

"COP29-un prezidenti Muxtar Babayevlə birgə mayın 15-də Parisdə COP29 formatında ilk yüksək səviyyəli dialoqun keçirilməsini səbirsizliklə gözləyirik. Enerji və iqlim sahəsində dünya liderləri COP28-in nəticələrinin reallaşdırılması və Bakı üçün gündəliyin müəyyənləşdirilməsini müzakirə etmək üçün IEA-nın baş ofisində toplaşacaq", - deyə o yazıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti