...

ÜST-ün Avropa üzrə direktoru Azərbaycana təşəkkür etdi

Cəmiyyət Materials 7 May 2024 14:27 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Başda Türkiyə və Azərbaycan olmaqla, peyvəndlərini, maskalarını və qoruyucu vasitələrini əvvəldən bir çox ölkələrlə paylaşan türk dövlətlərinə səmimi təşəkkürümü bildirirəm.

Trend xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluqe "Anadolu" agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, bəzi ölkələrin peyvəndlərini və maskalarını paylaşmadığını gördük, Şəffaflığa və alətlərin, texnologiyaların və vaksinlərin paylaşılmasına ehtiyac var.

"Başda Türkiyə və Azərbaycan olmaqla, peyvəndlərini, maskalarını və qoruyucu vasitələrini əvvəldən bir çox ölkələrlə paylaşan türk dövlətlərinə səmimi təşəkkürümü bildirirəm.

Türk Dövlətləri Təşkilatı üçün “Həmrəylik” boş söz deyildi və bu gün bütün ölkələrin etməli olduğu da budur", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti