...

Azərbaycan İnvestisiya Şirkəti və Slovakiyanın "Eksimbank"ı Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Materials 7 May 2024 10:01 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan İnvestisiya Şirkəti" ASC və Slovakiyanın "Eksimbank" İxrac-İdxal Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, sənəd mayın 7-də Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda imzalanıb.

Memorandum "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Ülvi Mənsurov və "Eksimbank"ın baş direktoru Rastislav Podxorets tərəfindən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Slovakiyanın baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakovanın iştirakı ilə imzalanıb.

Qeyd edək ki, mayın 7-də Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilir. Forumda Slovakiyadan 37 şirkət, Azərbaycandan isə 55 şirkət, eləcə də dövlət agentlikləri və təşkilatlar iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti