...

Ölkədə bütün fəaliyyət proqramları Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılır - Rauf Səlimov

Cəmiyyət Materials 7 May 2024 12:21 (UTC +04:00)
Ölkədə bütün fəaliyyət proqramları Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılır - Rauf Səlimov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ölkədə bütün fəaliyyət proqramları Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılır.

Trend xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən Dövlət Statistika Komitəsinin sədrinin müavini Rauf Səlimov
deyib.

Onun sözlərinə görə, ölkədə sosial rifah səviyyəsinin yüksəldilməsi və məqsədlərə çatmaq üçün müxtəlif işlər görülür.

“Bu istiqamətdə statistik məlumatlar toplanılır, istifadə olunur. 2018-ci ildən başlayaraq DİM materialları nəşr olunmağa başlayıb. Bu məqsədlə 2019-cu ildə xüsusi portal yaradıldı və bu portal bugün də fəaliyyət göstərməkdədir”, - o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Xəbər lenti

Xəbər lenti