Bakı. Trend:
Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hazırda ibtidai istintaq aparılır.
xxx
10:13
Tərtər. Trend:
Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticlənib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.
Belə ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumuruqla xəsarət yetirib.
Xəsarət alan şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.