...

Tavuşda sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin təminatıdır - Paşinyan

Siyasət Materials 7 May 2024 12:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tavuşda sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin təminatıdır.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"Ermənistanda bu gün baş verənlər təhlükəsizlik təminatının yaradılmasıdır, çünki əvvəlki təminatlar işə yaramadı", - o deyib.

Paşinyan bu təminatların gücləndirilməsi və sərhədyanı dirəklərin sayının artırılması üçün mümkün hər şeyi edəcəyinə söz verib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Qeyd edilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti