...

Azərbaycan Slovakiyanın mühüm tərəfdaşı olaraq strateji rol oynayır - Denisa Sakova

İqtisadiyyat Materials 7 May 2024 10:36 (UTC +04:00)
Azərbaycan Slovakiyanın mühüm tərəfdaşı olaraq strateji rol oynayır - Denisa Sakova
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Slovakiyanın mühüm tərəfdaşı olaraq strateji rol oynayır.

Trend xəbər verir ki, bu barədə bu gün Slovakiya Respublikasının baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq ilbəil artır və bu ilin aprel ayında ikiqat vergiqoymanın olmaması üçün imzalanmış saziş buna imkan yaradacaq.

Sakova qeyd edib ki, bu cür sazişin, eləcə də 11 sənəddən ibarət müqavilə-hüquq bazasının olması qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə imkan yaradacaq.

"Bakıya Slovakiyadan 37 şirkət və strukturun nümayəndələri gəlib. Səfər çərçivəsində onların məhsuldar danışıqlar keçirəcəyinə inanıram", - o deyib.

Nazir həmçinin, hazırki biznes forumun iki ölkənin şirkətləri və iş adamları arasında sıx əlaqələrin qurulması üçün səmərəli platforma olduğunu əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti