...

Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənliyinə son qoyulmalıdır - Paşinyan

Dünya xəbərləri Materials 7 May 2024 15:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənliyinə son qoyulmalıdır. Biz, düşmən münasibətlərini sıfıra endirməyə nail olmalıyıq.

Trend xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

Ölkəsinin Gürcüstan və İranla mehriban qonşuluq əlaqələrinin olduğunu vurğulayan Nikol Paşinyan deyib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə də münasibətləri normallaşmalıdır.

“Gürcüstanla və İranla münasibətlərin dərinləşdirilməsi, Azərbaycanla və Türkiyə ilə düşmənçiliyin aradan qaldırılması, regional nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi münasibətlərin qurulması və regional inkişaf rəsmi İrəvanın mövqeyidir”, - deyə N.Paşinyan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti