...

Azərbaycan özünün milli inkişaf proqramını BMT-nin Dayanıqlı İnkişaf Proqramı ilə əlaqələndirə bilib - Əli Əhmədov

Cəmiyyət Materials 7 May 2024 10:37 (UTC +04:00)
Azərbaycan özünün milli inkişaf proqramını BMT-nin Dayanıqlı İnkişaf Proqramı ilə əlaqələndirə bilib - Əli Əhmədov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan özünün milli inkişaf proqramını BMT-nin Dayanıqlı İnkişaf Proqrmı ilə əlaqələndirə bilib.

Trend xəbər verir ki, bunu mayın 7-si Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqunun açılışındakı nitqində deyib.

“Azərbaycanda sosial və iqtisadi sahədə əldə olunan nəticələr və Azərbaycanın DİM-in reallaşdırılmasına verdiyi töhfə onunla da əlaqədar edilə bilər ki, Azərbaycan özünün milli inkişaf proqramını BMT-nin Dayanıqlı İnkişaf Proqrmı ilə əlaqələndirə bilib. Biz bu inteqrasiyanın nəticələrini də aydın görürük”, - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan milli inkişaf prioritetlərini həyata keçirərkən də dayanıqlı inkişaf məqsədlərinə istinad edir.

“Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqları azad etdikdən sonra bu əraziləri bərpa etmək, bir milyona yaxın insanı bu ərazilərə köçürməsi də DİM-nin əhəmiyyətli bir hissəsidir”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Xəbər lenti

Xəbər lenti