...

Azərbaycan mina probleminin DİM-in tərkibinə salınması üçün müraciət edib - Əli Əhmədov

Cəmiyyət Materials 7 May 2024 10:33 (UTC +04:00)
Azərbaycan mina probleminin DİM-in tərkibinə salınması üçün müraciət edib - Əli Əhmədov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan minalardan təmizlənmə məsələsini DİM-in tərkib hissəsi olması ilə bağlı təşəbbüslə çıxış edib.

Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, statistikalara görə minadan ölənlərin sayı 100-120 milyondan çoxdur.

“Bizim məqsədimiz bu ölümlərin qarşını almaq üçün qlobal addımlar atmaqdır. Azərbaycanda insanlar bu gün də minaların qurbanı olurlar", - Baş nazirin müavini deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Xəbər lenti

Xəbər lenti