...

Azərbaycan Könüllü Milli Hesabatların hazırlanması prosesinin sürətlənməsinə nail olub - Rikardo Mesiano

Cəmiyyət Materials 7 May 2024 13:30 (UTC +04:00)
Azərbaycan Könüllü Milli Hesabatların hazırlanması prosesinin sürətlənməsinə nail olub - Rikardo Mesiano
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Könüllü Milli Hesabatların hazırlanması prosesinin sürətlənməsinə nail olub.

Trend xəbər verir ki, bunu mayın 7-si Dayanıqlı inkişaf üzrə müşavir, BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İcraçı Katibinin Ofisinin nümayəndəsi Rikardo Mesiano “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatı – Azərbaycanda DİM-lərin icrası sahəsində nailiyyətlər, çağırışlar, boşluqlar, kritik uğur faktorları və qabaqcıl təcrübələrə dair baxış bucaqları” mövzusunda yüksək səviyyəli paneldə çıxışında deyib.

“Son proseslər onu göstərir ki, milli hökümətlər Könüllü Milli Hesbatların hazırlanmasına dəstək verməlidirlər. Azərbaycanda hökümət bu proseslərin sürətləndirilməsinə nail olub. Hər hansı ölkədə bununla bağlı büdcə məhdudiyyətləri olur. Amma bu məsələlərə ən yüksək səviyyədə dəstək verilməlidir. Yalnız bu yolla bu proses sürətləndirilə bilər”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu prosesdə marağı olan dairələr də iştirak etmələdir.

“Məsələn, Yeni Zelandiya höküməti qeyri-adi yanaşma sərgiləyərək cəmiyyətin marağını bu prosesə cəlb etdi. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri bu prosesə qoşuldu. Əksəriyyəti Könüllü Milli Hesabat haqqında məlumatsızdır. Buna görə bununla bağlı məlumatlandırma fəaliyyəti genişləndirilməlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Xəbər lenti

Xəbər lenti