...

Azərbaycan klubunun Avropa yolu bağlanıb

İdman Materials 7 May 2024 10:10 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın daha bir klubunun avrokuboklara yolu bağlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Səbail” qitə kuboklarında oynamağa nəzəri şanslarını itirib.

Buna Premyer Liqanın XXXIII turunun son matçı səbəb olub. “Qəbələ”yə 2:3 hesabı ilə uduzan Şahin Diniyevin yetirmələri “dördlük”də yer almaq imkanları ilə vidalaşıblar.

42 xalla 6-cı olan “Səbail” ən yaxşı halda 4-cü yerdəki “Sumqayıt”a çata bilər. Amma şəxsi oyunların nəticələri bakılılar “dördlük”dən kənarda saxlayacaq. Hətta 3-4 komandanın xalları eyni olsa da, “Səbail” 5-ci yerdən yuxarı qalxa bilməyəcək.

Bununla da avrokuboklara son üç vəsiqəyə 4 namizəd qalıb. “Zirə”, “Sabah”, “Sumqayıt” və “Neftçi” Avropa Liqasına 1, Konfrans Liqasına 2 yer üçün mübarizə aparır. Çempionlar Liqasına vəsiqəni isə “Qarabağ” xeyli öncədən “bron” edib.

Qeyd edək ki, XXXIII turun əvvəlki günlərində “Turan Tovuz”da avrokubok şansını itirib.

Xəbər lenti

Xəbər lenti