...

Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" layihəsi çərçivəsində Əhməd Cavad yad edilib (FOTO)

Mədəniyyət Materials 7 May 2024 18:51 (UTC +04:00)
Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" layihəsi çərçivəsində Əhməd Cavad yad edilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 132-ci ildönümünə həsr olunmuş "Qiraət axşamı" keçirilib.

Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi ilə başlayıb.

Gecənin aparıcısı Xuraman Ağayeva qonaqları salamladıqdan sonra Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının müəllimi Vüsal Hicran Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat verib.

Gecədə qiraətçilər İmamverdi Vəliyev,Lalə Həsəncan, Xalidə Nəbiyeva, Məhəmməd Hacıyev iştirak ediblər.

Sonda Xalq Artisti Sevinc İbrahimovanın "Çırpınırdı Qara dəniz", Əməkdar artist Tural Abdullayevin ifasında "Şükriyyə"mahnısı və gənc vokalçılar Qaya Nəsibzadə, Fidan Məmmədzadənin ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti