...

Ermənistan və Azərbaycan noyabra qədər sülh müqaviləsi imzalaya bilər - Paşinyan

Gündəm Materials 7 May 2024 14:51 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı və İrəvan noyabr ayına qədər sülh sazişi imzalaya bilər.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, həmçinin, mayın 10-da Almatıda iki ölkənin XİN rəhbərinin görüşünün yekunlarına əsasən irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcək.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etmişdi.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti