2006-cı il yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən səhiyyə müəssisələri işçilərinin aylıq vəzifə (tarif) maaşları 30% artırılacaq. Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 31-də həmin sərəncamı imzalayıb. Sənəddə Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.