...

Avstriyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 10 Noyabr 2005 13:10 (UTC +04:00)

2006-cı ilin ilk aylarında Avstriyanın xarici işlər naziri xanım Ursula Plassik Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

O, Azərbaycana xarici işlər naziri Elmar Məmmədyarovun bu yaxınlarda Avstriyaya səfəri zamanı dəvət edilib. Qarşıdakı səfər zamanı hər iki ölkə arasında siyasi, iqtisadi və humanitar məsələlərin, o cümlədən mövcud əlaqələrin gələcək inkişaf yollarının müzakirəsi planlaşdırılır. Tərəflər, həmçinin, BMT, ATƏT, AB və AŞ kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində səylərin artırılmasına da diqqət yetirəcək.

"Yaxın vaxtlarda hər iki ölkənin diplomatları səfəri hazırlığa başlayacaqlar", - deyə XİN-də bildirilib.

Xəbər lenti

Xəbər lenti