...

Azərbaycan XİN başçısının Tbilisiyə səfər proqramı dəqiqləşdirilir

Siyasət Materials 22 Noyabr 2005 17:44 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Tbilisiyə səfər proqramı dəqiqləşdirilir. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın XİN başçısı "Avropanın azad edilməsinin yeni dalğası" adlı beynəlxalq konfransın ikinci əsas günündə iştirak etmək məqsədilə noyabrın 23-də Tbilisiyə gedəcək.Bu tədbirdə Rumıniya, Ukrayna və Litva prezidentlərinin iştirakı və çıxışı gözlənilir. Forumda həmçinin Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin nümayəndəsi Elin Süleymanov və Demokratik islahatlar partiyasının sədri Asim Mollazadə də iştirak edəcək.

Konfrans çərçivəsində E.Məmmədyarovun xarici ölkələrin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcəyi gözlənilir. Amma hələlik səfərin dəqiq proqramı müəyyən edilməyib. Nazir noyabrın 24-də Bakıya qayıdacaq.

Xəbər lenti

Xəbər lenti