...

Müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması hələ reallaşmayıb

Siyasət Materials 29 Noyabr 2005 13:04 (UTC +04:00)

"Müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması məsələsi hələ də öz həllini tapmayıb". Bu barədə Trend ə Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov bildirib.

Qeyd edək ki, bu təşəbbüsdə ilk dəfə AMDP olub. Məsələ ilə bağlı partiyanın "Azadlıq" bloku liderlərinə müraciəti müxalifətin noyabrın 16-da keçirdiyi ümumrespublika forumunda qəbul edilib və həyata keçirilməsi üçün işçi qrupu yaradılıb.

İ.Həmidov onu da bildirib ki, işçi qrupunun yaradılmasına baxmayaraq hələ də irəliləyiş yoxdur: "Görünür, müxalifət bütün fəaliyyətini seçkilərin saxtalaşdırılması ilə bağlı mübarizəyə həsr edib. Buna görə də müxalifətin vahid Koordinsiya Şurası tərəfindən idarə olunması ilə bağlı məsələ arxa plana keçirilib".

Xəbər lenti

Xəbər lenti