...

AMİP nümayəndələri Beynəlxalq Demokratlar İttifaqının toplantısında iştirak ediblər

Siyasət Materials 2 Dekabr 2005 16:20 (UTC +04:00)

Beynəlxalq Demokratlar İttifaqının (BDİ) Maltada keçirilən icraçı toplantısında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) nümayəndələri də təmsil olunublar. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Toplantıda iştirak etmək üçün AMİP-in beynəlxalq məsələlər üzrə katibi Fuad Muxtarov və partiyanın lideri Etibar Məmmədovun seçki qərargahının rəhbəri Rəşad Bayramov Maltada ikigünlük səfərdə olublar. BDİ-nin icraçı toplantısında Avstraliyanın baş naziri Con Hovard sədrlik edib. BDİ-nin baş qərargahının Londondan Osloya keçirilməsi haqqında qərar qəbul edilib.

Həmin iclasda, həmçinin, 6 noyabrda Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələri də müzakirə edilib. AMİP-ə azad və ədalətli seçkilər uğrunda apardığı mübarizəyə dəstək verilib.

Qeyd edək ki, AMİP BDİ-nin üzvü, partiyanın lideri Etibar Məmmədov isə bu qurumun sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti