...

Fərəc Quliyev Konstitusiya Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 5 Yanvar 2006 17:20 (UTC +04:00)

Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev Konstitusiya Məhkəməsinə müraciət edəcək. Bu barədə Trend ə F.Quliyev özü məlumat verib.

Müraciətin səbəbi onun məhkumluğunun üzərindən götürülməsi ilə bağlı Ali Məhkəməyə etdiyi müraciətə cavab verilməməsidir: "Ötən ilin yanvarında üzərimdən məhkumluq maddəsi götürüldükdən düz yeddi ay sonra yenidən bu maddə ilə üz-üzə qaldım".

F.Quliyev onu da bildirib ki, təkrar seçkilərdə iştirak etmək fikrindədir. Lakin üzərindəki məhkumluq maddəsi buna imkan vermir: "Mənim məhkəmələrimdə beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər. Əgər Ali Məhkəmə mənim müraciətimə cavab verməkdən imtina etsə və yaxud da bu prosesi gecikdirsə beynəlxalq təşkilatların köməyi ilə daha yüksək insantsiyalara müraciət edəcəm".

Xəbər lenti

Xəbər lenti