...

Etibar Məmmədovun lideri olduğu AMİP təkrar seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib

Siyasət Materials 18 Fevral 2006 11:27 (UTC +04:00)

Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edəcək. Bu barədə Trend ə AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Qeyd edək ki, təkrar seçkilərdə iştirak etməklə bağlı qərar partiyanın Siyasi Şurasının növbəti iclasında qəbul edilib. Toplantıda təkrar seçkilərdə iştirak etməklə bağlı məsələnin geniş müzakirə edildiyini deyən AMİP rəsmisi fikir ayrılığının da olduğunu istisna etməyib: "Lakin səs çoxluğu ilə partiyanın təkrar seçkilərdə iştimrakı qəbul olundu".

Ə.Orucov onu da bildirib ki, AMİP Mərkəzi Şurasının parlament seçkilərində iştirakı barədə qərarı qüvvədə saxlanıldı və namizədlərin irəli sürülməsi üçün müvafiq sənədlərin hazırlanması ilə əlaqədar partiyanın katibliyinə göstərişlər verilib.

Xəbər lenti

Xəbər lenti