...

İstirahət günü havanın temperaturu nisbətən yüksək olacaq

Cəmiyyət Materials 29 Noyabr 2014 12:39 (UTC +04:00)
Noyabrın 30-da Azərbaycanda havanın temperaturu cüzi də olsa yüksələcək.
İstirahət günü havanın temperaturu nisbətən yüksək olacaq

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İlkin İzzət/

Noyabrın 30-da Azərbaycanda havanın temperaturu cüzi də olsa yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam çiskinli, az yağıntı olacağı gözlənilir. Gündüz arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 6-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti