...

Gəncədə “Yaşıllaşdırma marafonu” uğurla davam edir (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2015 14:51 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyəti və “İDEA” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıllaşdırma Marafonu” şəhərdə çox böyük uğurla davam edir.
Gəncədə “Yaşıllaşdırma marafonu” uğurla davam edir (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Gəncə şəhər İcra Hakimiyyəti və "İDEA" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Yaşıllaşdırma Marafonu" şəhərdə çox böyük uğurla davam edir. Trend-ə verilən məlumata görə, bu gün Gəncənin bütün idarə, müəssisə və təşkilatların kollektivləri, YAP fəalları, tələbə-gənclər, ictimaiyyət nümayəndələri "Yaşıllaşdırma Marafonu" çərçivəsində keçirilən ağacəkmə kampaniyasında işgüzarlıq və coşqu nümayiş etdirərək yüksək əhval-ruhiyyə ilə aksiyaya qoşulublar.

Şəhərin ən gözəl və yaraşıqlı parkı olan ulu öndər Heydər Əliyevin adını daşıyan Park-kompleksdə yeni ağacların, gül-çiçəklərin əkilməsi artıq ənənəvi hal alıb. Bu gün Park-kompleksdə 3000-dən çox Eldar şamı əkilib. Bu ağaclar Park-kompleksin yaşıl libasını daha da zənginləşdirəcək, onun görkəminə yeni bir füsunkarlıq gətirəcək.

Qeyd edək ki, "Yaşıllaşdırma Marafonu" çərçivəsində keçirilən ağacəkmə aksiyası may ayının sonuna kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti