...

Təhsil Nazirliyi: Repetitorluqdan istifadə halları azalıb

Cəmiyyət Materials 20 İyun 2015 10:30 (UTC +04:00)
Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəbləridə zamanda şagirdlərin repetitor xidmətindən istifadə halları azalıb.
Təhsil Nazirliyi: Repetitorluqdan istifadə halları azalıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərdə şagirdlərin repetitor xidmətindən istifadə halları azalıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Təhsil haqqında" qanuna və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, Təhsil Nazirliyinin 4 iyul 2011-ci il tarixli, 1199 nömrəli əmri ilə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaq məqsədilə bilavasitə Təhsil Nazirliyi tabeliyindəki Bakı Avropa Liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, İlyas Əfəndiyev adına "Elitar" gimnaziya pilot müəssisələri seçilmiş və müxtəlif təmayüllər üzrə tədris planları təsdiq edilib.

Bununla yanaşı, müvafiq işçi qrupları tərəfindən aidiyyəti təmayül sinifləri üçün tədris proqramları hazırlanıb pilot müəssisələrə çatdırılıb. Sonrakı illərdə "XXI əsr" Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzi, Kimya-biologiya təmayüllü lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb də pilot müəssisələr sırasına daxil olunub.

Təhlil göstərmişdir ki, ötən müddətdə həmin müəssisələrin rəhbərliyi və pedaqoji kollektivlərinin səmərəli fəaliyyəti sayəsində eksperiment müsbət nəticə vermiş, şagirdlərin təhsil nailiyyətlərində nəzərəçarpan irəliləyişlər əldə olunub. Eyni zamanda şagirdlərin repetitor xidmətindən istifadə halları azalıb, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi valideynlər tərəfindən razılıqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti