...

Azərbaycanda daha bir beynəlxalq tədbir keçiriləcək

Cəmiyyət Materials 3 Avqust 2015 19:42 (UTC +04:00)
Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək
Azərbaycanda daha bir beynəlxalq tədbir keçiriləcək

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bu gün mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın icraçı direktoru David Villiam və Enerji Siyasətləri Araşdırma Mərkəzinin direktoru Gürkan Kumbaroğlunu qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün əsas məqsədi Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2016-cı ilin 31 avqust - 3 sentyabr tarixlərində Enerji İqtisadiyyatı üzrə 1-ci Beynəlxalq Avrasiya Konfransının keçirilməsi məsələsinin müzakirəsi olub.

Qeyd edək ki, bu tədbir Azərbaycan Konqreslər Bürosu tərəfindən qazanılan Azərbaycanda keçirilməsi planlaşdırılan ilk beynəlxalq tədbirlərdən biridir.

Görüş zamanı tədbirin keçirilmə şəraiti, forması, turistlərin Azərbaycana gəlmə imkanları, viza prosesi və s. təşkilati məsələlər də müzakirə olunub.

Tədbirin keçirilməsi həm enerji, həm də turizm sahəsində mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə dövlət, özəl və akademik dairələrdən 200-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.

Görüş zamanı Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan nümayəndə heyəti ölkəmiz haqqında yüksək təəssüratlarını bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti