...

Hüseyn Bağırov Oğuzda vətəndaş qəbulu keçirib (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2015 11:50 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Oğuz şəhərində vətəndaşların qəbulunu keçirib.
Hüseyn Bağırov Oğuzda vətəndaş qəbulu keçirib (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Oğuz şəhərində vətəndaşların qəbulunu keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, nazir H.Bağırov sentyabrın 30-da Oğuz şəhərində yerləşən Oğuz Olimpiya və İdman Kompleksində Oğuz, İsmayıllı və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Görüş zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir, şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa vaxt ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Görüş zamanı vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə Nazirliyin idarə və təşkilatları tərəfindən müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti