...

Azərbaycanda şəhərlərarası marşrutlarla bağlı qadağa götürüldü

Cəmiyyət Materials 5 Fevral 2016 10:32 (UTC +04:00)
Azərbaycanda şəhərlərarası marşrutlar üçün sərnişin daşıma ilə bağlı olan qadağa götürülüb
Azərbaycanda şəhərlərarası marşrutlarla bağlı qadağa götürüldü

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda şəhərlərarası marşrutlar üçün sərnişin daşıma ilə bağlı olan qadağa götürülüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na dəyişikliklər edilib.

Indiyədək uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilmirdi.

Yeni dəyişikliklərə uyğun olaraq isə bu qadağa artıq şəhərlərarası marşrutlara şamil edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti