...

Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu

Cəmiyyət Materials 17 Aprel 2016 12:34 (UTC +04:00)
Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu

Bakı. Trend:

Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə -8-11, gündüz 15-20 dərəcə, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubəti gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 18-də əksər rayonlarda əsasən yağmursuz, səhər və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti