...

Bəzi məktəblər müstəqil şəkildə müəllim seçə biləcək

Cəmiyyət Materials 19 Aprel 2016 17:25 (UTC +04:00)
Hazırda qarşımızda duran əsas məqsədlərdən biri növbəti tədris illəri üçün həyata keçirəcəyimiz seçimlərdə ölkədə ən yaxşı nailiyyət göstərən məktəblərə və onların rəhbərlərinə müstəqil şəkildə müəllim seçmək ənənəsini bərpa etməkdir.
Bəzi məktəblər müstəqil şəkildə müəllim seçə biləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

"Hazırda qarşımızda duran əsas məqsədlərdən biri növbəti tədris illəri üçün həyata keçirəcəyimiz seçimlərdə ölkədə ən yaxşı nailiyyət göstərən məktəblərə və onların rəhbərlərinə müstəqil şəkildə müəllim seçmək ənənəsini bərpa etməkdir. Biz bu imkanları araşdırırıq".

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan üçün öyrət" layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, məktəblərə müəllim seçiminə son illər diqqətlə yanaşılır: "Burada bizim üçün ən mühüm mövzulardan biri müəllimlərin işə qəbulunun şəffaf keçirilməsidir. Düşünürəm ki, bu istiqamətdə bir sıra nailiyyətlərə imza atmışıq. Lakin daimi olaraq bu proqramı təkmilləşdirməyi düşünürük".

M.Cabbarov bildirib ki, uğur əldə etmiş, yüksək akademik nailiyyət göstərən müəllimlərlə ən zəif akademik nəticə göstərən müəllimlər arasında keyfiyyətlər, bacarıqlar üzrə fərqlər var: "Əgər ilk kateqoriyaya aid məktəblərdən danışdığımız halda, biz artıq yüksək akademik nailiyyətlər əldə etmiş şagirdlərin potensialının mümkün qədər açılmasını istəyiriksə, zəif nəticə göstərən məktəblərdə isə əsas məqsədimiz ümumi səviyyəni əhəmiyyətli dərəcədə qaldırmaqdır. Biz məktəblərə fəal ictimai nümayəndələrin, ulduzların - ulduz dedikdə istər elmi yaradıcılıq, istər təhsil sahəsində, istərsə də həyatın müxtəlif sahələrində uğura imza atan vətəndaşlar nəzərdə tutulur - cəlb edilməsini hər zaman dəstəkləyirik".

Nazirin sözlərinə görə, təhsil sisteminin gücü müəllimlərin gücü ilə ölçülür. O, qeyd edib ki, "Azərbaycan üçün öyrət" layihəsi təhsil sistemi üçün mövcud ənənələrə və təhsildə mövcud potensialın artırılması üçün pozitiv addım atmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti