...

Qanunsuz parklanma və piyada keçidlərindən istifadə etməyənlərə qarşı reydlərə başlandı

Cəmiyyət Materials 29 Aprel 2016 10:45 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxrda süni sıxlığın yaranması, yollarda avtomobillərin qanunsuz parklanmasının və piyadaların piyada keçidlərindən istifadə etməməsi hallarının qarşısını almaq məqsədilə reydlərə başlayıb.
Qanunsuz parklanma və piyada keçidlərindən istifadə etməyənlərə qarşı reydlərə başlandı

Bakı. Samir Əli - Trend:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxrda süni sıxlığın yaranması, yollarda avtomobillərin qanunsuz parklanmasının və piyadaların piyada keçidlərindən istifadə etməməsi hallarının qarşısını almaq məqsədilə reydlərə başlayıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi deyib ki, kütləvi informasiya vasitələri və qeyri hökumət təşkilatlarının (QHT) da iştirakı ilə keçirilən reyd həmçinin yol hərəkərinin təhlükəsizliyinin təbliğatı xarakteri daşıyır: "Bakı şəhəri ərazisində süni sıxlığın yaranması, dayanma, durma və parklanma tələblərinin pozulmasından yaranır. Ona görə də, paytaxtın inzibati ərazisi bütövlükdə nəzarətə götürülərək yol polisi əməkdaşları bu istiqamət üzrə xidmət aparır. Metro stansiyalarının çıxışları, keçidlər, avtobus duracaqları ətrafında dayanma-durma tələblərini pozan, avtobus dayanacaqlarını zəbt edən, eləcə də piyada keçidlərindən istifadə etməyənlərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ADA və Qafqaz universitetlərinin tələbələri, kütləvi informasiya vasitələri və QHT nümayəndələri ilə birlikdə təbliğat işlərinə başlayıb. Təbliğat çərçivəsində qaydaları pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar. Bu səbəblərdən Yol Polisi avtobus və şəxsi avtomobil sürücülərinə, eyni zamanda, piyadalara bu barədə məlumatlar verir, onların qaydalara riayət etməsini istəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti