...

Nardaranda özünü axund kimi təqdim edən şəxsə hökm oxundu

Cəmiyyət Materials 27 May 2016 16:46 (UTC +04:00)
Bu gün Sabunçu rayon məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin axundu kimi təqdim edən Nuhbala Rəhimovun məhkəməsi başa çatıb.
Nardaranda özünü axund kimi təqdim edən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Sabunçu rayon məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin axundu kimi təqdim edən Nuhbala Rəhimovun məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə iş üzrə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Rəhimov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, N.Rəhimov ötən ilin noyabrında Nardaran qəsəbəsində saxlanılıb. O, qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti