...

İtaliyalı gimnast: Bakıda ən yaxşı nəticəmi göstərdim

Cəmiyyət Materials 23 İyul 2016 14:38 (UTC +04:00)
Bu gün Bakıda il ərzində ən yaxşı nəticəmi göstərdim.
İtaliyalı gimnast: Bakıda ən yaxşı nəticəmi göstərdim

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda il ərzində ən yaxşı nəticəmi göstərdim.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda bədii gimnastika üzrə Dünya Kuboku finalı yarışlarının italiyalı iştirakçısı Veronika Bertolini deyib.

18 bal topladığını deyən gimnast bildirib: "Bu, mənim üçün çox yaxşı nəticədir. Azarkeşlərə verdikləri dəstəyə görə təşəkkür edirəm".

V.Bertolini qeyd edib ki, əsas məqsədi Rio Olimpiadasına hazırlaşmaqdır: "Çıxışımdan zövq almaq üçün Olimpiadaya yaxşı hazırlaşmalıyıam".

Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü (FOTOLAR)

Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü (FOTOLAR)

O, Bakıda ilk dəfə olduğunu da əlavə edib: "Burada ilk dəfəyəm. İlk təəssüratlarım sadəcə çox gözəldir. Şəhər və insanları çox yaxşıdırlar".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti