...

Allahşükür Paşazadə: Azərbaycana İraq və Suriyadan gələn turistlər məscidlərdə qarışıqlıq yarada bilər

Cəmiyyət Materials 27 Sentyabr 2016 12:19 (UTC +04:00)
Azərbaycana Suriya və İraqdan gələn turistlər diqqətdə saxlanılmalıdır.
Allahşükür Paşazadə: Azərbaycana İraq və Suriyadan gələn turistlər məscidlərdə qarışıqlıq yarada bilər

Bakı. Samir Əli - Trend:

Azərbaycana Suriya və İraqdan gələn turistlər diqqətdə saxlanılmalıdır.

Trend-in məlumatına görə bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, İraq və Suriyadan gələn turistlər Azərbaycan məscidlərində namaz qılarkən onlara xüsusi diqqət yetirilməlidir:

"Əgər məscidə gəlib namaz qılırlarsa, onlara heç kim mane ola bilməz. Amma onlar məscidə təxribat məqsədilə gəlirlərsə, bunun qarşısı alınmalıdır. Onlar Azərbaycana gəlib turist kimi xeyir verirlərsə, bu o demək deyil ki, gəlib burada təxribat törətməlidirlər. Bizə sabitliyi pozan gəlir lazım deyil. İraq və Suriyada təxribatlar baş verir, bizə gələn turistlər də istəyə bilərlər ki, Azərbaycanda da həmin ölkələrdəki vəziyyət yaransın, sabitlik pozulsun. Amma biz buna imkan verə bilmərik. Əgər kimsə belə hallarla rastlaşarsa, dərhal bizə və lazımi qurumlara məlumat versin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti