...

Psixi Sağlamlıq Mərkəzinə daha çox gənclər müraciət edir

Cəmiyyət Materials 10 Oktyabr 2016 11:10 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı ildən-ilə artır. Trend-in məlumatına görə, bunu mərkəzin direktor müavini Rüstəm Salayev bu gün jurnalistlərə deyib.

Onun sözlərinə görə, müraciətlərin sayının artması xəstələrin sayının artması ilə əlaqədar deyil: "Sadəcə, insanlar əvvəl həkimə müraciət etdikdə psixi xəstə damğası alırdı, lakin indi bu problem elə də yoxdur. Yəni insanlar bu gün çəkinmədən rahat şəkildə psixiatra müraciət edə bilirlər. Bu da öz növbəsində müraciətlərin sayını artırır".

Müraciət edənlərin sayına gəldikdə, R.Salayev qeyd edib ki, məsləhət-müalicə yardım forması üzrə müraciət edənlərin anonimliyi qorunduğuna görə bununla bağlı rəsmi say demək mümkün deyil: "Lakin hazırda Azərbaycanda dispanser müşahidəsində olan xəstələrin sayı 70-82 min arasında dəyişir. Təbii ki, bu rəqəm daim dəyişir. Çünki çox vaxt yekunda insan ya sağalır, ya da ölkəni tərk edir".

R.Salayev bildirib ki, mərkəzə edilən müraciətlərin arasında adi məişət problemlərindən tutmuş boşanmaya qədər olan problemlər - bütövlükdə hər cür problemlər yer alır: "Depressiyalarla bağlı da müraciətlər çoxluq təşkil edir. Bundan başqa, ruhi xəstəliklərlə bağlı da bizə müraciət edənlər olur. Bu il bir çox intihar hallarını vaxtında aşkar etdiyimizdən onların qarşısını ala bilmişik. Depressiyada olanların demək olar ki, 20 faizi intihar etmək barəsində fikirləşir".

R.Salayev deyib ki, son zamanlar mərkəzə daha çox gənclər (əsas da 25-30 yaş arası) müraciət edirlər: "Onların həyatla bağlı stress keçirdiklərini güman edirik. Ailə münaqişəsi məsələləri də buna misaldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti