...

Abşeronda yaşayış evindəki partlayışın yeni TƏFƏRRÜATLARI

Cəmiyyət Materials 20 Oktyabr 2016 11:53 (UTC +04:00)
Abşeron rayonunun Hökməli qəsəbəsindəki yaşayış evində baş vermiş partlayışın təfərrüatları məlum olub.
Abşeronda yaşayış evindəki partlayışın yeni TƏFƏRRÜATLARI

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunun Hökməli qəsəbəsindəki yaşayış evində baş vermiş partlayışın təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, evin yaxınlığından keçən yeni çəkilmiş qaz xəttindəki sızma nəticəsində mənzilin zirzəmisinə qaz dolub. Səhər saat 05 radələrində evin xanımı Şəbruz Novruzova namaz qılmaq üçün ayağa qalxarkən mətbəxin işığını yandırıb. Evin zirzəmisinə dolan qaz isə partlayışa səbəb olub. Ev tamamilə dağılıb.

Məlumata görə, ev sahibi Müşfiq Qurbanov "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşıdır. Evin xanımı Ş.Novruzova isə N.Tusi adına klinikada həkim işləyir. Hadisə nəticəsində ağır yanıq xəsarətləri alan ev sahibi 44 yaşlı M.Qurbanov, onun həyat yoldaşı 44 yaşlı Ş.Novruzova və övladları - 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər, 3 yaşlı Banıçiçək Qurbanlı isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti