...

Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb

Cəmiyyət Materials 21 Noyabr 2016 14:47 (UTC +04:00)
Tərcümə Mərkəzinin yeni nəşri – Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb.
Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanəsilli çağdaş türk yazıçısı, tanınmış dövlət xadimi Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

XX əsrin ilk onilliklərində Azərbaycan və Türkiyə fikir müstəvisinə xüsusi təsir göstərmiş Əhməd Ağaoğlu (1869-1939) və onunla birgə yeni Türkiyə Cümhuriyyəti uğrunda mübarizəyə qalxmış görkəmli şəxsiyyətlərin portret cizgilərini əks etdirən bu irihəcmli memuarlar toplusu tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətlərinin keçmişini və bu gününü araşdıran mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın Azərbaycan dilinə tərcüməçi və tərtibçisi filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Güldəstə Nəsibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti