...

Bakıdan təklif - Mumbaydan Rusiyaya konteynerlər İran və Azərbaycan vasitəsilə keçə bilər

Cəmiyyət Materials 25 Noyabr 2016 11:47 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları” QSC İran və Azərbaycandan keçməklə Mumbaydan Rusiyaya konteyner qatarlarının sınaq yürüşünün yoxlanması və təhlili üçün işçi qrupların yaradılmasını zəruri hesab edir
Bakıdan təklif - Mumbaydan Rusiyaya konteynerlər İran və Azərbaycan vasitəsilə  keçə bilər

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Dəmir Yolları” QSC İran və Azərbaycandan keçməklə, Mumbaydan Rusiyaya konteyner qatarlarının sınaq yürüşünün yoxlanması və təhlili üçün işçi qrupların yaradılmasını zəruri hesab edir.

Trend-in məlumatına görə, bunu Bakıda bu gün öz işinə başlamış “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu” beynəlxalq dəmir yolu biznes forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti