...

UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib

Cəmiyyət Materials 2 Dekabr 2016 16:35 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ABŞ-ın İllinoys Universiteti (UİC) arasında gələcək əməkdaşlığa dair razılıq əldə edilib.
UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ABŞ-ın İllinoys Universiteti (UİC) arasında gələcək əməkdaşlığa dair razılıq əldə edilib.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradovla UİC-in prorektoru Robert Bariş və həmin universitetin professoru Konstantin Slavin arasında keçirilən görüşdə ikili diplom proqramının həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, birgə elmi-tədqiqat işlərinin təşkili, elmi məqalələrin yazılması, eyni zamanda video konfransların keçirilməsi ilə bağlı müzakirələr aparılıb və razılığa gəlinib.

Sonda UNEC-in nümayəndə heyəti İllinoys Universitetinə dəvət edilib.

Görüşün əsas məqsədi UNEC ilə dünyanın nüfuzlu universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. “Times Higher Education World University Rankings”in son hesabatına görə, Çikaqo ştatında yerləşən UİC dünyanın 200 ən yaxşı universiteti arasında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti