...

Bakıda növbəti avtobus dayanacağı cibi yaradıldı (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2016 13:58 (UTC +04:00)
Bakıda növbəti avtobus dayanacağı cibi yaradıldı.
Bakıda növbəti avtobus dayanacağı cibi yaradıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işləri davam etdirir.

Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə dayanacaq cibi Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Azəravtoyol” ASC tərəfindən inşa edilən yerüstü piyada keçidinin yanında salınıb.

Bununla da həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti