...

Uruqvayın "Crónicas" qəzetində 20 Yanvar faciəsinə dair məqalə dərc olunub

Cəmiyyət Materials 20 Yanvar 2017 21:31 (UTC +04:00)
20 yanvar 2017-ci il tarixində Uruqvayın "Crónicas" qəzetində İsak Qliksberqin imzası ilə "20 Yanvar: Azərbaycan vətəndaşlarının unutmayacağı bir tarix" adlı məqalə dərc olunub
Uruqvayın "Crónicas" qəzetində 20 Yanvar faciəsinə dair məqalə dərc olunub

Bakı. Trend:

20 yanvar 2017-ci il tarixində Uruqvayın "Crónicas" qəzetində İsak Qliksberqin imzası ilə "20 Yanvar: Azərbaycan vətəndaşlarının unutmayacağı bir tarix" adlı məqalə dərc olunub.

Müəllif məqalədə 20 Yanvar faciəsinin Azərbaycan tarixində tutduğu yerdən bəhs edib və Azərbaycan xalqının bu hadisə ilə bağlı həm kədər, həm də qurur hisslərini yaşadığını qeyd edib. Məqalədə 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin həlledici mərhələsi kimi səciyyələndirilib. Azərbaycan xalqının ölkənin azadlığı uğrunda həyatını fəda etmiş şəhidlərin xatirəsini uca tutduğu və bu günlərdə 20 Yanvar şəhidlərinin dəfn edildiyi Şəhidlər Xiyabanını saysız-hesabsız insanların ziyarət etdiyi yazılıb.

Müəllif 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik uğrunda dinc mübarizəsi qarşısında aciz qalmış M. Qorbaçov rəhbərliyi altındakı sovet hökumətinin Bakıya qoşun yeritməsi nəticəsində baş verdiyini qeyd edib. Lakin sovet rəhbərliyinin səylərinin nəticəsiz qaldığı və Azərbaycanın nəhayət 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini bərpa etdiyi bildirilib.

Yazıda Azərbaycanın müstəqilliyinin Azərbaycan xalqı üçün qətiyyən hədiyyə olmadığı və bu müstəqilliyin yalnız insanların azadlıq sevgisi və əzmkar mübarizəsi ilə mümkün olduğu vurğulanıb.

Eyni zamanda, məqalədə bu gün Azərbaycanın müstəqil, suveren, demokratik, texnoloji baxımından inkişaf etmiş və müxtəlif xalqların nümayəndələrinin birgə sülh, harmoniya və qardaşlıq şəraitində yaşadığı nümunəvi bir ölkə olduğu bildirilib.

Müəllif Azərbaycanın azadlığı uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin heç vaxt unudulmayacağını yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti