...

Sabaha olan hava proqnozu

Cəmiyyət Materials 22 Yanvar 2017 12:29 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabaha olan hava proqnozu

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 0-2° isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti