...

Azərbaycanlılar Rusiyada pulsuz ali təhsil ala biləcəklər

Cəmiyyət Materials 10 Fevral 2017 14:30 (UTC +04:00)
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti tərəfindən 2017/2018-ci tədris ilində bu ali təhsil müəssisəsində təhsil almaq istəyən əcnəbi tələbələr üçün olimpiada təşkil olunub.
Azərbaycanlılar Rusiyada pulsuz ali təhsil ala biləcəklər

Bakı. İlhamə İsabalayeva - Trend:

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti tərəfindən 2017/2018-ci tədris ilində bu ali təhsil müəssisəsində təhsil almaq istəyən əcnəbi tələbələr üçün olimpiada təşkil olunub.

Trend-in məlumatına görə, olimpiadanın şərtlərinə uyğun olaraq, hər ölkə üzrə qaliblər üçün 5, mükafatçılar üçün 5 kvota yerləri nəzərdə tutulub.

Seçimlərdə yüksək bal toplayan şəxslər - qaliblər adıçəkilən ali təhsil müəssisəsində təhsil haqqından azad olunacaq, mükafatçılar üçün təhsil haqqına 50 faiz güzəşt tətbiq ediləcək. Qaliblər üçün isə aylıq təqaüd (1500 rubl) veriləcək.

Maliyyə xərcləri (yaşayış, tibbi sığorta, yol xərci) tələbələr tərəfindən qarşılanmalıdır.

İştirak üçün yaş məhdudiyyəti mövcud deyil. İştirak etmək istəyən namizədlər fevral ayı ərzində http://www.fa.ru/projects/mks/Pages/registration.aspx keçidi vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti