...

ABŞ Dövlət Departamentinin Regional İngilis dili Ofisinin rəhbəri ADU-da olub (FOTO)

Cəmiyyət Materials 1 Mart 2017 10:57 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentinin Regional İngilis dili Ofisinin rəhbəri Con Silver Azərbaycan Dillər Universitetinin qonağı olub.
ABŞ Dövlət Departamentinin Regional İngilis dili Ofisinin rəhbəri ADU-da olub (FOTO)

Bakı. Trend:

Fevralın 28-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentinin Regional İngilis dili Ofisinin rəhbəri Con Silver Azərbaycan Dillər Universitetinin qonağı olub.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, qonağı universitetdə görməkdən məmnunluğunu bildirən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev ona ali təhsil müəssisəsinin tarixi, tədris prosesi və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.
Görüşdə ingilis dili müəllimlərinin hazırlığı məsələləri, bu ixtisas üzrə təhsil alan tələbələrə ingilisdilli mütəxəssislərin dərs deməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı ADU ilə ABŞ Dövlət Departamentinin Regional İngilis dili Ofisi arasında səmərəli əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.

Görüşdə həmçinin, ABŞ səfirliyinin İctimai əlaqələr şöbəsinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen də iştirak edib.

Qonaqlar görüşdən sonra ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti