...

Gözün buynuz qişasının transplantasiyası üçün 3000-ə yaxın xəstə növbədədir

Cəmiyyət Materials 30 Mart 2017 15:56 (UTC +04:00)
Hazırda gözün buynuz qişasının transplantasiyası üçün 3000-ə yaxın xəstə növbədədir.
Gözün buynuz qişasının transplantasiyası üçün 3000-ə yaxın xəstə növbədədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda gözün buynuz qişasının transplantasiyası üçün 3000-ə yaxın xəstə növbədədir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.

O bildirib ki, Azərbaycanda bəzi klinikalar gözün buynuz qişasının ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı yeni imkandan istifadə edə bilərlər.

E.Qasımov buynuz qişasının xarici ölkədə kurs keçmiş 5 həkimin adına ölkəyə gətirilməsini təklif edib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, transplantın ölkəyə gətirilməsi pərakəndə şəkildə həyata keçirilə bilməz. Bu işin konkret qurum tərəfindən həyata keçiriləcəyini xatırladan Ə.Əmiraslanov bu məsələdə monopoliyanın tətbiqini də düzgün saymayıb: “Mən bu monopoliyanın da tərəfdarı deyiləm. Özəl klinikalarda belə mütəxəssislər varsa, gələcəkdə onlara bu əməliyyatlara icazə verilə bilər. Təcrübəsiz həkimlərə bu transplantın aparılması üçün icazə verilməməlidir. Məncə, bu məsələ tənzimlənəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti