...

Bu küçələrdə də hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 24 Aprel 2017 12:14 (UTC +04:00)
Paytaxtda daha 3 küçədə hərəkət məhdudlaşdırılacaq.
Bu küçələrdə də hərəkət məhdudlaşdırılacaq

Bakı. Trend:

Paytaxtda daha 3 küçədə hərəkət məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonu Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq.

Rənglənmə işlərinə bu axşam 22:00-dan etibarən start veriləcək. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti