...

"Uşaqlar gələcəyimizin sığortasıdır" layihəsinə növbəti dəfə start verilib (FOTO)

Cəmiyyət Materials 15 May 2017 10:09 (UTC +04:00)
Təhsil Nazirliyinin və Community.az dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Quba, Lənkəran və Şəki şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə növbəti dəfə start verilib.
"Uşaqlar gələcəyimizin sığortasıdır" layihəsinə növbəti dəfə start verilib (FOTO)

Bakı. Trend:

Təhsil Nazirliyinin və Community.az dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Quba, Lənkəran və Şəki şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə növbəti dəfə start verilib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

2016-cı il aprel və iyun aylarında layihə üzrə üzrə 46 seminar təşkil olunub və regionlarda böyük maraqla qarşılanıb. Əldə olunan nəticələr əsasında 2017-ci tədris ilində yenidən, aprel və iyun aylarında fərqli aktual mövzuyla, eyni qaydada təlimlərin keçirilməsi nəzərdə tutulur.

Sorğunun nəticələrinə əsasən, layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Keçid dövrü, yeniyetmə psixologiyası” adlı aktual mövzu üzrə təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərdə 1000-dən çox valideyn, şagird və müəllimin iştirakı nəzərdə tutulub.

Layihənin və təlimlərin əsas məqsədi valideynlərin yeniyetmələrlə düzgün ünsiyyəti və qarşılıqlı münasibətlərin qura bilmələri və keçid dövründə aktual problemlərin aşkar edib düzgün həll yolu seçmələridi. Nəzərə almaq lazımdır ki, bu dövrdə məktəblilər diqqət mərkəzində olmalı və psixoloqlardan psixoloji dəstək almalıdırlar, onları başa düşməyi bacarmalı və onlara vaxtında kömək göstərmək lazımdır.

Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət qurmaqdan, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaradaraq, tədrisin səmərəliyinin artırılmasından ibarətdir. Layihə çərçivəsində, təlim və görüşlər zamanı, ən aktual mövzular seçilib müzakirə olunur və ən əsas peşəkar tərəfindən faydalı və vacib məsləhətlər verilir.

AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti