...

Böyük Britaniyanın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Cəmiyyət Materials 23 May 2017 15:44 (UTC +04:00)
Mançester şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq Böyük Britaniyanın Bakıdakı səfirliyində matəm kitabı açılacaq
Böyük Britaniyanın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Bakı. Anaxanım Hidayətova - Trend:

Mançester şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq Böyük Britaniyanın Bakıdakı səfirliyində matəm kitabı açılacaq.

Trend-in məlumatına görə, mərasim 23-24 may tarixlərində saat 10:00-12:00, eləcə də 14:00-16:00 arasında baş tutacaq.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti