...

BOKS ÜZRƏ DÜNYA KUBOKUNDA AZƏRBAYCAN YIĞMASININ RƏQİBLƏRİ MÜƏYYƏN EDİLİB

Cəmiyyət Materials 28 İyun 2005 12:58 (UTC +04:00)

Moskvada iyulun ortalarında keçiriləcək boks üzrə Dünya Kubokunda Azərbaycan yığmasının rəqibləri məlum olub. Trend in məlumatına görə, təşkilatçılar yarışın iştirakçılarının tərkibini tam müəyyən ediblər. Buraya Rusiya, Ukrayna, Belorusiya, Azərbaycan, Rumıniya, Kuba, ABŞ, Puerto-Riko, Dominikan Respublikası, Qazaxıstan, Koreya, Asiyanın birləşmiş komandası (Hindistan, Pakistan, İran) və Afrikanın birləşmiş komandaları daxildir. Yarışın reqlamentinə uyğun olaraq, 12 iştirakçı komanda 4 qrupa bölünür və artıq ənənvi 11 çəki dərəcələrində təktəbək mübarizə aparacaqlar.

Artıq məlumdur ki, rinqin sahibləri və kubalılar güclü tərkibdə çıxış edəcəklər. Bu dəfə Azadlıq Adasını üç Olimpiya çempionu, rusiyalıları isə Afinada 57 kq-dək çəki jdərəcəsində qızıl medal qazanmış Aleksey Tişşenko təmsil edəcək. Məhz bu iki kollektiv yarışın əsas favoritləri adlandırılır. Lakin Azərbaycan atletlərinin də medal qazana biləcəkləri barədə mübahisə etməyə dəyər. Belə ki, onlar son illər ərzində bir sıra dünya və Avropa çempionatlarında və Yay oyunları Olimpiya yarışlarında mükafatlar qazanaraq bz bacarıqlarını nümayiş etdiriblər. Ümumilikdə, hələlik məşqçi qərargahının tərkibi müəyyənləşənə kimi Moskvaya həqiqətən də ən yaxşılarını göndərmək lazımdır.

Xəbər lenti

Xəbər lenti