...

ATƏT AZƏRBAYCANIN MEDİA VƏ MƏTBUAT XİDMƏTİ RƏHBƏRLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRƏCƏK

Cəmiyyət Materials 12 İyul 2005 15:40 (UTC +04:00)

İyulun 18-20-də , mərkəzi ofisi Vyana şəhərində yerləşən ATƏT-in Media Azadlığı İnstitutu Azərbaycanın media və mətbuat xidməti rəhbərləri üçün seminar təşkil edəcəkdir. Bu haqda ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivord Trend ə bildirmişdir.

Onun sözlərinə görə, seminarda çıxış etmək üçün Vyanadakı ofisdən Bakıya ekspertlər gələcəkdir.

"Üç gün davam edəcək seminarda mətbuat xidməti ofislərinin idarə olunması, onların peşəkarlığının artırılması, məlumatın ilk mənbədən alıvnması, onun emal olunması, ötürülməsi və digər məsələlər ətrafında mühazirələr səsləndiriləcək, müzakirələr aparılacaqdır",- deyə ATƏT-in nümayəndəsi bildirmişdir.

Xəbər lenti

Xəbər lenti